Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

21 sentyabr 2017 | 11:00
2017-ci il sentyabr  ayının 21-də 8-ci mikrorayon, 135 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 8-ci mikrorayon   sakinləri  növbəti səyyar görüşü  keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri   iştirak etdilər.
Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
 
 
 
 
 
 
 
 
 
Keçidlər