Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məktəblərə direktor təyinatı oldu

26 sentyabr 2017 | 11:00

26 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi Qaydaları” uyğun olaraq, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Binəqədi rayonu 103 və 126 nömrəli tam orta məktəblərə direktor təyinatı oldu. Əmrə əsasən Səma Şakir qızı Həziyeva 103 nömrəli, Tərminə Ağaəli qızı Əsədova 126 nömrəli tam orta məktəbin direktoru təyin olundular.
Təqdimatda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elnur Məmmədov və məktəblərin pedaqoji kollektivləri iştirak etdilər.

Keçidlər