7-ci mikrorayon Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi
27 sentyabr 2017 | 11:00
27 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının 7-ci mikrorayon Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatı hesabat-seçki yığıncağı keçirildi.
Hesabat-seçki yığıncağında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədrinin səlahiyyətlərini icra edən Fəsli Nəbiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyəti və Şuranın üzvləri iştirak etdilər.
Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan Fəsli Nəbiyev iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyinə əsasən 7-ci mikrorayon Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının hesabatı, təşkilatın yeni idarə heyəti, sədr və müavinlərinin seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı 7-ci mikrorayon Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının sədri Vüqar Babayev hesabat məruzəsi ilə çıxış etdi. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi fəaliyyətin bu gün də dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Məhz dövlət başçısının uğurlu daxil siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, bu uğura öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının məqsədyönlü siyasi fəaliyyətindən bəhs etdi. Daha sonra təşkilat tərəfindən keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi ilə ərazi ilk partiya təşkilatı birgə uğurla fəaliyyət göstərir. Yeni gənc üzvlərin cəlb edilməsi, partiya üzvü olan gənclər ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin reallaşdırılması istiqamətində bir sıra işlər görülüb və hazırda da bu işlər davam etdirilir.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra ərazi ilk partiya təşkilatının 9 nəfərdən ibarə İdarə Heyəti seçildi. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəalı Elvin Aslanov gündəlikdə olan ikinci məsələ - ərazi ilk partiya təşkilatının yeni sədrinin seçilməsi üçün gənc fəal Orxan Əlixanlının namizədliyini irəli sürdü. Təklif nəzərə alınaraq səsə qoyuldu və təsdiq edildi. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəalları Xəlil Babayev və Arzu Həsənova isə sədr müavinləri seçildilər. Yeni sədr və sədr müavinləri çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.
Daha sonra hesabat-seçki yığıncağında çıxış edən Elvin Aslanov, Sevinc Abdullayeva gənclərə öz tövsiyələrini verdilər. Onları daha da fəal olmağa və partiyanın tədbirlərində, ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırdılar. Yeni seçilən tərkibi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
İclas digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşdı.