Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” təhsil müəssisələri ilə toplantı keçirildi

28 sentyabr 2017 | 11:00
28 sentyabr tarixində Binəqədi rayonunda təhsil müəssisələri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” toplantı keçirildi.  
Keçirilən toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Elnur Məmmədov, Leyla Kərimova, AƏSMA-nın prorektoru Mobil Məcidov, orta ümumtəhsil, özəl və peşə məktəblərinin direktorları və həmin müəssisələrin facebook səhifələrini idarə edən adminlər iştirak etdilər.
Toplantını açıq elan edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov rayonda yerləşən təhsil müəssisələrinin daim bütün tədbirlərdə aktiv iştirak etdiyini diqqətə çatdırdı və qarşıdan gələn Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərlə bağlı məlumat verdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verdi.
Natiq qeyd etdi ki, müasir dövrdə artıq sosial şəbəkələr həyatımızın bir hissəsidir.  Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir.       
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən İKT –nin inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. O cümlədən, sosial şəbəkələrin artmaqda olan rolunu nəzərə alaraq, ictimai-siyasi prosseslərin idarə olunmasında onun üstünlüklərindən faydalanmağı bacarmaq lazımdır. Çalışmaq lazımdır ki, yeni imkanlardan yararlanaraq yerli əhəmiyyətli məsələlərlə yanaşı, ümummilli məqsədlərə də xidmət göstərilsin, müxtəlif kampaniyalara  dəstək verilməsi təmin edilsin.
Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin də bu işdə aktiv olması olduqca vacib məsələlərdən biridir.
Toplantının sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Leyla Kərimova tərəfindən facebook səhifələrini idarə edən adminlər üçün maarifləndirici təlim keçirildi. Təlim zamanı “sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir?, “Səhifədə aktivlik necə olmalı”?, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalı”, Səhifənin hesabatlığı  və operativlik”  haqqında geniş məlumat verildi.
 
 
 
 
 
 
 
 
 
Keçidlər