Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Dünya Robot Olimpiadası üzrə keçiriləcək seçim yarışının sınaq mərhələsi baş tutdu

30 sentyabr 2017 | 11:00
30 sentyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Dünya Robot Olimpiadası üzrə keçiriləcək seçim yarışının sınaq mərhələsi baş tutdu.
Qeyd edək ki, “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası (AREA) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 7-8-də Bakı Olimpiya İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə seçim yarışı keçirəcək.
Yarışda 8-19 yaşlı gənclər robot futbolu (hər biri iki robotdan ibarət komandaların yarışı) qaydalarına əsasən mübarizə aparacaqlar. Həmçinin açıq kateqoriya üzrə iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcəklər. Əsas kateqoriya üzrə iştirakçılar üç yaş qrupu üzrə Dünya Robot Olimpiadasının məsələlərini həll etməyə çalışacaqlar.
Yarışda qalib gələn komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin noyabrın 10-12-də Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Yarışda iştirak üçün Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, “Step IT” akademiyası və “ABC College” liseyinin komandaları qeydiyyatdan keçiblər. Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.
https://azertag.az/xeber/Azerbaycanda_ilk_defe_olaraq_Dunya_Robot_Olimpiadasinin_sechim_yarisi_kechirilecek-1095273
 
 
 
 
 
 
 
Keçidlər