Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində intellektual oyun keçirildi

30 sentyabr 2017 | 11:00
30 sentyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Gənclər arasında maraqlı yarışlar” adı altında intellektual oyun keçirildi.
Yarışda hər birində 5 nəfər olmaqla 12 komanda qalibiyyət uğrunda mübarizə apardı. Qalib komandalar İdarə tərəfindən diplom və sertifikatlarla təltif edildilər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının (5.4. Gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili) icrasına uyğun olaraq Binəqədi rayonunda mütəmadi olaraq bu cür yarışlar təşkil olunur.

Keçidlər