Həftəlik abadlıq-quruculuq işləri haqqında məlumat
Həftə ərzində (13-18 may) rayon ərazisində ümumilikdə 65 ünvanda su axıntıları olan boruların və 5 nasosxananın təmiri aparılıb, 3 ədəd siyirtmə, 4 p/m su xətti dəyişdirilib. Eyni zamanda 138 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
KTM-246-2-də 240m AVVQ 4x5 markalı kabellə 8 ədəd dayaq vasitəsi ilə yaşayış evlərinə enerji verilib.
8-ci mikrorayon S.S.Axundov küçəsi-2 567 saylı TM-in əsaslı təmiri və yeni KTM-in köçürülməsi işləri aparılıb. (KTM 1 ədəd Transformator-10/1000 kv) 8-ci mikrorayon Naxçıvani 39 saylı binanın elektrik təchizatı yenidən qurulub. Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi E.Babayev küçəsi 359 və 1017 saylı KTM-də yüksək gərginlikli xətt çəkilib. (6 ədəd dəmir dayaq AS-35/6, 2mm2- 900 p/m naqil).
8-ci mikrorayonda H.Hüseynov küçəsində 13 ədəd yararsız lampa, 7-ci mikrorayon F.Məlikov küçəsində 16 ədəd yararsız lampa və 1 ədəd kontaktor, 6-cı mikrorayonda 30 p/m yanmış kabel, 17 ədəd yararsız lampa, 6 ədəd drossel, Binəqədi şosesi və Biləcəri qəsəbəsində 75 p/m yanmış kabel, 13 ədəd yararsız lampa dəyişdirilib.
Binəqədi QİS ərazisində 1111 p/m qaz xətti çəkilib, 12200 metr qaz xətti boyanıb, 228 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda 2b, 5a/15, 7/19, 14 və 16 saylı yaşayış binasının istilik xətlərində dik dayaqlarda d-25mm 4 p/m, d-57mm 21 p/m, d-89mm 10 p/m d-159mm 8 p/m boru dəyişdirilib, 10 ədəd siyirtmələr dəyişdirilib. 8-ci mikrorayonda 1v, 2b, 5, 7, 15 və 187 saylı binalarin istilik sistemində dik dayaqlarda d-25mm 70 p/m boru dəyişdirilib, 8 ədəd siyirtmə təmir edilib. Naxçıvani 34 saylı binanın istilik xəttində d-57mm 3 p/m boru dəyişdirilib. 3 saylı qazanxanada 2 ədəd siyirtmə dəyişib, 10 ədəd təmir edilib. 205 saylı qazanxanada istilik mübadilə aparatları, qoruyucu klapanlar, siyirtmələr təmir edilib. M.Cəlal 9, 11, 61, 63, 113, 115 saylı binaların istilik xəttində 12 ədəd siyirtmələr təmir edilib, 21 və 23 saylı binaların aşağı paylama istilik xətində 8 ədəd boru qaynaq edilib. İ.Kazımovski 8 və 10 saylı binaların zirzəmisində 5 ədəd ventil təmir edilib. H.Babaşov küçəsi 13 və 20 saylı binaların zirzəmisində 7 ədəd siyirtmə təmir edilib. M.Cəlal 119, 121, və 127 saylı binaların istilik xəttində 20 p/m boru bərpa edilib.
9-cu mikrorayon ərazisində həyətlərin işıqlandırılması üçün 17 ədəd dirək quraşdırılıb. 22 p/m kanalizasiya və 18 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 250 m2 yumşaq dam örtüyü təmir edilib.
8-ci mikrorayon ərazisində 1100 m2 asfalt örtüyü çəkilib.