Binəqədi rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi
04 oktyabr 2017 | 11:00
4 oktyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayonda fəaliyyət göstərən məktəb və bağçaların müəllim-rəhbər heyəti iştirak etdilər.
Tədbiri aparıcılar 276 saylı məktəbin şagirdləri Aydan və Fidan Novruzlu bacıları açaraq, “Müəllimlər günü” ilə əlaqədar qısa məlumat verdilər.
Daha sonra çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdilər.
Sonra çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün Əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olundular.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etdi və rayonun istedadlı gəncləri öz şeir, mahnı, rəqs nümunələri ilə müəllimləri təbrik etdilər.
Sonda rayonun balaca fidanları müəllimləri gül çiçəkləri ilə təbrik etdilər.