Binəqədi rayonunda “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” məktəbəqədər təhsil müəssisələri ilə toplantı keçirildi
06 oktyabr 2017 | 11:00
6 oktyabr tarixində Binəqədi rayonunda məktəbəqədər təhsil müəssisələri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” toplantı keçirildi.
Keçirilən toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Leyla Kərimova, Jalə Tofiqqızı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və həmin müəssisələrin facebook səhifələrini idarə edən adminlər iştirak etdilər.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verdi. Natiq qeyd etdi ki, müasir dövrdə artıq sosial şəbəkələr həyatımızın bir hissəsidir. Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilməsi və digərinə çatdırılması vasitələri də müxtəlif olub, elm və texnikanın inkişafı ilə dəyişərək getdikcə təkmilləşib. İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Üstəlik, dövlətin məqsədyönlü informasiya siyasətinin onun müəyyən etdiyi ideologiyanın həyata keçirilməsinə xidmət etməsi şəksizdir. Müasir dünya bütün ölkələri, o cümlədən ayrı-ayrı insanları və bütövlükdə kütlələri əhatə etməklə şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Vahid informasiya məkanının - internetin meydana gəlməsi media siyasətində növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin mahiyyətini təşkil edir. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin də bu işdə aktiv olması olduqca vacib məsələlərdən biridir.
Toplantının sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova tərəfindən facebook səhifələrini idarə edən adminlər üçün maarifləndirici təlim keçirildi. Təlim zamanı “sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir? , “Səhifədə aktivlik necə olmalı”?, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalı”, Səhifənin hesabatlığı və operativlik” haqqında geniş məlumat verildi.