Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun ikinci mərhələsi keçirildi

06 oktyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 6 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun ikinci mərhələsi keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq  keçirilən yarışda iştirak etmiş 16 məktəbdən 4 məktəbin (83, 103, 244, 299 nömrəli tam orta məktəb) komandası yarımfinala vəsiqə qazandı.
“Xəmsə” Milli İntellektual Oyununun finalı 18 Oktyabr-“Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü ərəfəsində keçiriləcəkdir.
 
Keçidlər