Şriftin ölçüsü :

Saytın rəngi :

MİR televiziyasının 25 yaşı təbrik edildi

07 oktyabr 2017 | 11:00
7 oktyabr tarixində Binəqədi rayonu ərazisində yerləşən MİR televiziyasının 25 yaşı münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 1 saylı sahə inzibati dairə üzrə nümayəndə Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı MİR TV-nin inzibati binasında oldular.
Nümayəndə heyəti MİR TV-nin kollektivini bu münasibətlə təbrik edərək onlara işlərində uğurlar dilədilər.
Daha sonra MİR TV-nin 25 yaşı münasibətilə hazırlanan tort televiziyanın komandasına təqdim edildi.
 
Keçidlər