Binəqədi rayonunda “Eko Təlim” keçirildi
07 oktyabr 2017 | 11:00
7 oktyabr tarixində Binəqədi rayonu ərazisində çox yaxın zamanlarda başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu”nu layihəsinin ilk “Eko Təlim”i keçirildi.
Keçirilən təlimdə Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humnaitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, İdeya müəllifi Həmidə Əşrəfova, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, təlimçi Amin Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəal gəncləri, AƏSMA-nın, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və ASAN könüllüləri iştirak etdilər.
İlk öncə təlimi açan Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova gəncləri salamlayaraq bu mövzuda bu cür təlimlərin Gənclər Evində mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humnaitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonu ərazisində başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu” layihəsi haqqında gənclərə məlumat verərək ətraf mühitin qorunmasının vacibliyini vurğuladı.
Daha sonra İdeya müəllifi Həmidə Əşrəfova layihənin ideya və məqsədi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev Gənclər Birliyinin bu sahədə həyata keçirdiyi layihələr haqqında məlumat verdilər.
Çıxışlardan sonra təlimçi Amin Məmmədov “Ekologiyanın qorunmasının vacib amilləri”, “Ətraf mühit və Biz” və digər mövzularda təlim keçdi. Təlim zamanı gənclər üçün interaktiv və praktik tapşırıqlar təşkil edildi.
Təlimin yekununda gitaraçı gənclər maraqlı musiqi nömrələri ilə çıxış etdilər.