Binəqədi gəncləri Azərbaycan Tarixi Muzeyinə ekskursiya etdilər
18 may 2013-cü il tarixdə Beynəlxalq Muzeylər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərindən bir qrup şagirdin Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olundu.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır.
Ekskursiya zamanı iştirakçılara muzeyin yaranma tarixi, muzeydəki qədim tapıntılar, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlar, rəngi hələ də solmamış parça qalıqları, küplər, skeletlər, xəritələr, bayraqlar, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları barədə ətraflı məlumat verildi.
Muzeydə ən qədim zamanlardan bu günədək tariximizi əks etdirən müxtəlif orijinal, eləcə də restavrasiya olunmuş eksponatlar, şəkillər, sənədlər şagirdlərin böyük marağına səbəb oldu.
Sonda muzeydə kollektiv xatirə şəkilləri çəkildi.