Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında 144 saylı tam orta məktəbin şagirdləri ilə görüş keçirildi
09 oktyabr 2017 | 11:00
9 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 9-cu mikrorayon, M. Cəlal küçəsi 143 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında 144 saylı tam orta məktəbin 25 nəfərdən ibarət şagird heyətinin iştirakı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ınzibati binasında görüş təşkil edildi.
Görüşün təşkil edilməsinin əsas məqsədi partiyanın yaranmasının 25-ci ildönümü ərəfəsində gənclərə partiyanın fəaliyyətini, keçdiyi inkişaf yolunu əyani şəkildə göstərməkdir.
Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, baş təlimatçılar Rahil Şükürov və Kubra Əliyarlı, Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 144 saylı məktəbin direktoru Həcər Mahmudova və şagirdlər ilk öncə binanın qarşısında ucaldılan Ulu öndərin abidəsi qarşısında gül dəstələrini qoydular.
Daha sonra şagirdlər inzibati bina ilə tanış oldular. Həmçinin şagirdlər Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşdü, gənc fəallar üçün binada yaradılmış şəraitlə, onların iş prinsipi ilə tanış oldular.
Bundan sonra görüş konfrans zalında davam etdi. Şagirdlərlə söhbət zamanı onlara Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında məlumat verildi. Ulu öndərin azərbaycançılıq ideyalarından bəhs edən aparat rəhbəri Sevinc Abdullayeva şagirdlərə tövsiyələrini çatdırdı, onların bu ideyalara, dövlətimizə və dövlətçilik ənənələrinə sadiq qalmağa, əsl vətəndaş kimi hər zaman xalqımiza vicdanla xidmət etməyə borclu olduqlarıını vurğuladı.