Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Birliyi Gənclər Proqramının Şərqi Avropa və Qafqaz Ölkələri üzrə Resurs Mərkəzinin (SALTO) rəhbəri Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində oldu

10 oktyabr 2017 | 11:00
Avropa Birliyi Gənclər Proqramının Şərqi Avropa və Qafqaz Ölkələri üzrə Resurs Mərkəzinin (SALTO) rəhbəri Andriy Pavlovych dövlət gənclər siyasətinin Binəqədi rayonunda icrası istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı oldu.
Görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev qonağı Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış etdi, burada keçirilən tədbirlər, həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat verdilər.
Eyni zamanda Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Avropa Birliyinin Erasmus+ proqramının Binəqədi informasiya mərkəzinin yaradılması, Avropa Könüllülük Xidmətində gənclərin iştirakı, beynəlxalq mübadilə proqramlarının və təlim kurslarının təşkili, keçirilməsi, gənclərlə işləyən mütəxəssislərin Avropa ölkələrində müvafiq sahə üzrə fəaliyyət göstərən mərkəzlərdə təcrübəyə göndərilməsi məsələləri müzakirə edildi.
 
 
Keçidlər