Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində məktəblilər arasında “Şahmat” növü üzrə rayon birinciliyi keçirildi

09 oktyabr 2017 | 11:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq  6-9 oktyabr 2017-ci il tarixlərdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Şahmat, beynin gimnastikasıdır!” devizi altında məktəblilər arasında “Şahmat” növü üzrə rayon birinciliyi keçirildi.
Birincilikdə ümumilikdə 156 nəfər şahmatçı iştirak etdi. Yarışın nəticəsinə əsasən 276 №-li tam orta məktəbin komandası birinci yeri, 244 №-li tam orta məktəbin komandası ikinci yeri, 246 №-li məktəb-liseyin komandası üçüncü yeri tutdu.
“Şahmat” birinciliyinin bağlanış mərasimində çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov yarışda iştirak edən bütün məktəbliləri, müəllimləri salamlayaraq, onlara təhsildə və gələcək yarışlarda uğurlar arzuladı. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında iştirakçılara ətraflı məlumat verən idarə rəisi yeniyetmə və gənclərin intellektual səviyyəsini yüksəldən oyunların keçirilməsinin əhəmiyyətini vurğuladı. 
Sonda qaliblər idarə tərəfindən diplom və medallarla təltif edildilər.
 
Keçidlər