Binəqədi rayonu 246 saylı məktəb-liseydə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirildi
12 oktyabr 2017 | 11:00
12 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Bakı şəhəri, Binəqədi rayonu, S. Məmmədova küçəsi 205 ünvanlı ərazi ilk partiya təşkilatında (246 saylı məktəb-lisey) Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə 246 saylı məktəb-liseyin direktoru Almaz Bayramova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov, Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, partiyanın fəalları iştirak etdilər.
Tədbir başlamazdan öncə məktəbin foyesində Yeni Azərbaycan Partiyasının və ulu öndər Heydər Əliyevin fəaliyyətini, Binəqədi rayonunun nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini əks etdirən foto stendə baxış keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini qısa əks etdirən film nümayiş etdirildi.
Daha sonra 246 saylı məktəb-liseyin tarix müəllimi Nadir İmamverdiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması haqqında geniş məlumat verdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası ağır keşməkeşli bir dövrdə tarixi zərurətdən meydana gəlmişdir. Ulu öndərin hakimiyyətə qayıtması ilə ölkədə baş qaldıran siyasi hərc-mərcliyə son qoyuldu. Müxalifət partiyası olaraq yaradılan Yeni Azərbaycan Partiyası qısa bir zamanda iqtidar partiyasına çevrildi.
Tədbir məktəbli şagirdlərin ifasında şeir və xor kompazisiyası ilə davam etdi.
Tədbirdə çıxış edən 246 saylı məktəbin direktoru Almaz Bayramova qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda mövcud olan siyasi təşkilatlar içərisində istər keyfiyyətcə, istərsə də kəmiyyətcə önə çıxmış partiya, aparıcı siyasi qüvvədir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaradılmış partiya bu gün cənab Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyətini davam etdirir. Yeni Azərbaycan Partiyasının bir parçası olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəaliyyətinə toxunan natiq qeyd etdi ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı da öz növbəsində partiyanın ideologiyasına sadiq qalaraq vətənə, xalqa xidmət etməklə fəaliyyətini uğurla həyata keçirir. Bundan sonra Almaz Bayramova yeni tədris ilində 246 saylı məktəb-liseydə işə başlamış və partiyanın sıralarına qoşulmaq üçün müraciət etmiş gənc müəllimləri təqdim etdi. Həmin müəllimlərdən Yeganə Əsgərova çıxış edərək Azərbaycanda uğurla həyata keçirilən təhsil siyasətindən və gənclər siyasətindən geniş bəhs etdi və bildirdi ki, Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarına daxil olaraq ölkəmizi inkişafa aparan bu partiyanın üzvləri ilə çiyin-çiyinə addımlamaqdan qürur duyacağıq.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan gəncliyi Cənab Prezidentin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşmişdir və qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyasının ətrafında yüksək intellektə, savada malik gənclər toplaşıb. Bu isə Yeni Azərbaycan Partiyasının gənclərə və gənclərin Yeni Azərbaycanm Partiyasına olan inamının təzahürüdür.
Tədbirdə yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva ilk öncə tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun salamlarını çatdırdı və bildirdi ki, bü günkü tədbir Yeni Azərbaycan Partiyasının 25 illiyinin yaranması ilə əlaqədar təşkil edilmiş silsilə tədbirlərdən biridir. Bundan sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, Ulu öndərin irsinə qısa nəzər salan Sevinc Abdullayeva nitqinə Ümumilli liderin sözləri ilə davam etdi: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” deyən ulu öndər bu sözlərlə həm də Azərbaycan gəncliyinə olan etimadını, inamını nümayiş etdirmişdir. Bu inam isə sözsüz ki, bu gün özünü doğrultmuşdur. Bu gün Azərbaycan gənci öz dövlətini müxtəlif sferalarda uğurla təmsil edir. Nitqinin sonunda natiq bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir və hər bir Yeni Azərbaycan Partiyasının üzvünün bir ideologiyası var - Azərbaycanın müstəqilliyi və müstəqilliyin əbədiliyi.
Tədbir şagirdlərin ifasında başa çatdı.