Şriftin ölçüsü :

Saytın rəngi :

217 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirildi

12 oktyabr 2017 | 11:00
12 oktyabr 2017-ci il tarixində 217 saylı məktəbdə Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirildi.
Oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
İntellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda  finala  vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
217 saylı məktəbdə təşkil edilmiş oyunda 103, 217, 306 və 313 saylı tam orta məktəblərin şagirdlərinin təmsil olunduğu 4 komanda yarışdılar. Hər məktəb 6 nəfər şagirdlə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirildi və 217 saylı məktəbin şagirdləri birinci yeri tutaraq finala vəsiqə qazandılar.
 
 
 
 
 
 
 
Keçidlər