Türkiyəli gənclər Binəqədi rayonunun qonağı oldular
12 oktyabr 2017 | 11:00
“Mədəniyyət ruhunu kəşf edin” - Türkiyə və Azərbaycan Gənc psixoloqlarının mübadilə proqramının iştirakçıları 12 oktyabr 2017-ci il tarixində Binəqədi rayonunun qonağı oldular.
Əvvəlcə gənclər “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə gəldilər. Burada onları müəssisənin direktoru Sənan Əliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Gənclər Evinin əməkdaşları qarşılayaraq, Türkiyəli gənclərin Binəqədiyə gəlişindən çox məmnun olduqlarını bildirdilər.
Binəqədi Gənclər Evinin inzibati binası ilə tanışlıq zamanı qonaqlara burada fəaliyyət göstərən sosial xidmətlər, kurs və dərnəklər barədə, eləcə də ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərlə bağlı həyata keçirilən layihələr haqqında ətraflı məlumat verildi.
Sonra qonaqlar Gənclər Evinin akt zalında yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminə baxdılar.
Daha sonra türkiyəli gənclər Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkına gələrək, burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılmış şəraitlə tanış oldular. Parkda gəzinti “Park Çinar” kafesində axşam yeməyi ilə davam etdirildi. Binəqədi rayonuna səfərdən böyük zövq aldıqlarını bildirən türkiyəli gənclər ölkələrimiz arasında tarixən mövcud olan doğma münasibətlərin bundan sonra da məhz gənclərin səyilə daha da inkişaf edəcəyini vurğuladılar.
Qeyd edək ki, EFPSA (European Federation of Psychology Students Assosiation) – Avropa Tələbə Psixoloqlar Assosiasiyalar Federasiyası 1987-ci ildə Portuqaliyada yaradılıb. EFPSA 34 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Layihənin tərəfdaşları Avropa Tələbə Psixoloqlar Assosiasiyalar Federasiyası (EFPSA), TPÖÇG (Türk Psikoloji Öyrencileri Çalışma Grubu), Gənc Psixoloqlar ictimai Birliyidir.