Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 83 saylı məktəb-liseydə təşkil edildi

17 oktyabr 2017 | 11:00
17 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 83 saylı məktəb-liseydə təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçıları Rahil Şükürov və Kubra Əliyarlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak etdilər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva qeyd etdi ki, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirin aparıcısı İlahə Ağazadə oyunun şərtləri barədə iştirakçıları məlumatlandırmaq məqsədi ilə çıxış edərək bildirdi ki, intellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda  finala  vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
83 saylı məktəb-liseydə təşkil edilmiş növbəti oyunda 83, 126, 244 və 283 saylı tam orta məktəblərin şagirdlərinin təmsil olunduğu 4 komanda  yarışdılar. Hər məktəb 6 nəfər şagirdlə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirildi ki, yarışmada iştirak edən komandalardan 83 saylı məkyəb liseyin və 244 saylı tam orta məktəbin şagirdlərinin təmsil olunduqları komandaların hər biri 7 suala doğru cavab verərək eyni nəticəni əldə etdilər. Bu səbəbdən qalibi müəyyənləşdirmək məqsədi ilə hər iki məktəbin komandalarına qalib müəyyən olunana qədər növbəti suallar ünvanlandı və sonda 83 saylı məktəb-liseyin şagirdləri birinci yeri tutaraq finala vəsiqə qazandılar.
 
 
 
 
 
Keçidlər