“25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 157 saylı məktəbdə təşkil edildi
16 oktyabr 2017 | 11:00
16 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 157 saylı məktəbdə təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak etdilər.
Oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
İntellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda finala vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
157 saylı məktəbdə təşkil edilmiş növbəti oyunda 144, 157, 246, 267 və 314 saylı tam orta məktəblərin şagirdlərinin təmsil olunduğu 5 komanda yarışdılar. Hər məktəb 6 nəfər şagirdlə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirildi və 314 saylı məktəbin şagirdləri birinci yeri tutaraq finala vəsiqə qazandılar.