Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüsal Salahlının xatirəsi anıldı

22 may 2013 | 10:00

2013-cü il mayın 21-də 306 saylı tam orta məktəbdə bu təhsil ocağının məzunu, şəhid Vüsal Şənbə oğlu Salahlının anadan olmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən əvvəl  şəhidin  məzarı ziyarət edildi.
Tədbirdə Vüsal Salahlının  ailə üzvləri, döyüş yoldaşları, ictimai birliklərin nümayəndələri, müəllim və şagirdlər iştirak edirdi.  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cümşüd Hüseynov erməni millətçilərinin tarixən xalqımızın başına gətirdiyi müsibətlərdən söhbət açaraq mənfur düşmənə qarşı mübarizədə şəhid olmuş Vüsal kimi vətənpərvər qəhrəman oğullarımızın heç vaxt unudulmayacağını, onların xatirəsinin daim hörmətlə yad olunacağını bildirdi.
Şəhidin anası Kəbirə Salahlı çıxış edərək onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışdı.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Tamilla Hacıyeva, Müharibə Veteranı Qadınlarının Sosial Yardım İctimai Birliyinin sədri Minə Məmmədova və başqaları Vüsal Salahlı haqqında danışaraq təhsil ocaqlarında belə anım tədbirlərinin keçirilməsini gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir etdiyini bildirdilər .
2011-ci il martın 27-də ermənilər Ağdamın işğal olunmuş Tağıbəyli kəndi ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Təzəkənd yaşayış məntəqəsini atəşə tutub. 1991-ci il mayın 21-də Ağsu rayonunda anadan olmuş 19 yaşlı Vüsal Salahlı əsgəri  xidmətini yerinə yetirərkən şəhid olub.
Tədbir 306 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

.zit { position:relative; width:150px; height:97px; left:0px; top:0px; border:1px solid black; /* Apply a CSS3 Transition to width, height, top and left properties */ transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -webkit-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -o-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -moz-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; } *{list-style-image:none;} .zit:hover { width:400px; height:289px; left:15px; top:5px; z-index:9999; } .ZoomIt ul { clear:both; list-style-image:none; } .ZoomIt li { width:150px; height:97px; margin:10px; float: left; overflow:visible; display: block; list-style-image:none; } ul, menu, dir { display: block; list-style-type: none; -webkit-margin-before: 1em; -webkit-margin-after: 1em; -webkit-margin-start: 0px; -webkit-margin-end: 0px; -webkit-padding-start: 40px;
Keçidlər