Binəqədi məktəbliləri Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyununun qalibi oldular
19 oktyabr 2017 | 11:00
19 oktyabr 2017-ci il tarixində müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. (Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompyuter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi) bəndini icrasına uyğun olaraq, Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirildi.
Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov məktəbliləri salamlamlayaq onlara bu yarışmada ugurlar arzuladılar.
Yarışda 22 komanda iştirak etdi.
Yarışın nəticələrinə görə birinci yerə Binəqədi rayonunun “Pandora” komandası, ikinci yerə Nəsimi rayonunun “Qafqaz-Klan” komandası, üçüncü yerə isə Xətai rayonunun “Zəkalar” komandası layiq görüldülər.
Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundular.