100 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi
20 oktyabr 2017 | 11:00
20 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir 100 saylı tam orta məktəbdə təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisinin müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyasının baş təlimatçıları Rahil Şükürov və Kubra Əliyarlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyin sədri Fəsli Nəbiyev iştirak etdilər.
İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və daha sonra tədbirin aparıcısı Yeni Azərbaycan Partiyasının tarixi haqqında məlumat verdi. Tədbir Yeni Azərbaycan Partiyasının yaranma tarixini əks etdirən filmin nümayişi ilə davam etdi.
Tədbirin davamında məktəbin şagirdləri müxtəlif şeir və mahnı kompozisiyaları ilə çıxış etdilər. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva çıxış etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası çətin tarixi bir dövrdə müxalifət partiyası olaraq meydana gəlmiş və daha sonra ümumxalq partiyasına çevrilmişdir. Natiq qeyd etdi ki, bu gün partiyanın ətrafında kifayət qədər intellektli və vətənpərvər təbəqə toplanmışdır. O cümlədən, Elvin Aslanov tədbir iştirakçılarına müraciət edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və partiyanın işində hər kəsi aktiv olmağa çağırdı.
Sonda nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ümumilli lider Heydər Əliyevin irsindən bəhs etdi. Natiq qeyd etdi ki, biz hər birimiz qürur duymalıyıq ki, azərbaycanlıyıq və bizim Ulu öndər kimi onun ideaları ilə silahlanmış Prezidentimiz var. Biz gələcəyə inamlıyıq. Ötən 25 ilə nəzər saldıqda Azərbaycanda mövcud tərəqqinin, inkişafın hər birimiz fərqinə varırıq. Bu gün Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan, tarixinin ən güclü dönəmini yaşayır. Lakin biz heç bir zaman arxayın olmamalıyıq. Biz hələ yolun başlanğıcındayıq və önümüzdə çox böyük işlər var. Bu yolda isə müəllimlərin üzərinə böyük məsulliyət düşür. Gələcəyimiz olan şagirdləri hələ körpə yaşlarından vətənpərvər ruhda tərbiyə edib yetişdirməliyik. Sonda natiq bu şərəfli və məsulliyətli işdə müəllimlərin hər birinə müvəffəqiyyətlər arzuladı.