Şriftin ölçüsü :

Saytın rəngi :

“25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 283 saylı məktəbdə təşkil edildi

20 oktyabr 2017 | 11:00
20 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 283 saylı məktəbdə təşkil edildi. 
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov çıxış edərək qeyd etdi ki, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirin aparıcısı oyun iştirakçılarını məlumatlandıraraq bildirdi ki, intellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda  finala  vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
283 saylı məktəbdə təşkil edilmiş növbəti oyunda Dünya məktəbi, Humanitar kollec, İdrak liseyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının oyunçularının təmsil olunduğu 4 komanda  yarışdılar. Hər məktəb 6 nəfər oyunçu ilə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirildi ki, İdrak liseyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını təmsil edən komandaların hər biri 20 sualdan 13-nü doğru cavablandıraraq eyni mövqedə qərarlaşdılar. Buna görə də, qalibi müəyyənləşdirmək məqsədi ilə  oyun davam etdirilərək hər 2 komandaya növbəti sual ünvanlandı və İdrak liseyinin şagirdləri sualı doğru cavablandıraraq birinci yeri tutdu və finala vəsiqə qazandılar.
 
 
 
 
 
 
Keçidlər