Şriftin ölçüsü :

Saytın rəngi :

Orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri keçirildi

16 oktyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni  Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və  Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.4.7. (Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi) bəndinə əsaslanaraq və 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü münasibətilə 83, 102, 103, 205, 244, 246, 313 və 314 saylı orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri keçirildi.
Ümumilikdə 3-6 oktyabr 2017-ci il tarixdə rayonun 32 orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirak etdiyi intellektual oyunda 244 № li tam orta məktəbin “Kür-Araz” komandası birinci, 83 № li məktəb-liseyin “Alov” komandası ikinci, 205 № li tam orta məktəbin “Aysberq” komandası üçüncü yerə layiq görüldülər.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov  qalibləri təbrik edərək onlara təhsilində uğurlar arzuladı.
Sonda  qalib komandalar diplom, medal və kubok ilə mükafatlandırıldılar. 
 
Keçidlər