“25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 276 saylı tam orta məktəbdə təşkil edildi
18 oktyabr 2017 | 11:00
18 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 276 saylı tam orta məktəbdə təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov və Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sevinc Sülüymanova iştirak etdilər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva qeyd etdi ki, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirin aparıcısı İlahə Ağazadə oyunun şərtləri barədə iştirakçıları məlumatlandırmaq məqsədi ilə çıxış edərək bildirdi ki, intellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda finala vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
276 saylı orta məktəbdə təşkil edilmiş növbəti oyunda 3, 102, 135, 248 və 276saylı tam orta məktəblərin şagirdlərinin təmsil olunduğu 5 komanda yarışdılar. Hər məktəb 6 nəfər şagirdlə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı.
Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirildi ki, yarışmada iştirak edən komandalardan 276 saylı tam orta məktəbin komandası finala vəsiqə qazandı.