Şriftin ölçüsü :

Saytın rəngi :

“25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 115 saylı tam orta məktəbdə təşkil edildi

19 oktyabr 2017 | 11:00
19 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 115 saylı tam orta məktəbdə təşkil edildi. 
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçıları Rahil Şükürov və Kubra Əliyarlı iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı ilk öncə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Daha sonra natiq qeyd etdi ki, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirin aparıcısı İlahə Ağazadə oyunun şərtləri barədə iştirakçıları məlumatlandırmaq məqsədi ilə çıxış edərək bildirdi ki, intellektual oyun 2 mərhələdən ibarətdir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışacaq və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda  finala  vəsiqə qazanacaqlar. Həmin komandalar finalda yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
115 saylı məktəb-liseydə təşkil edilmiş növbəti oyunda 30, 99, 100, 115 və 143 saylı tam orta məktəblərin şagirdlərinin təmsil olunduğu 5 komanda  yarışdılar. Hər məktəb 6 nəfər şagirdlə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına 20 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı.
Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirildi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov çıxış edərək  nəticələrə uyğun olaraq yarımfinal üzrə 99 saylı tam orta məktəbin komandasının birinci yerdə qərarlaşdığını elan etdi və şagirdlərin hər birini təbrik edərək təhsildə uğurlar arzuladı.
 
 
 
 
 
Keçidlər