Şriftin ölçüsü :

Saytın rəngi :

9-cu mikrorayonda səyyar görüş keçirildi

25 may 2013 | 10:00

2013-cü il  may ayının 24-də 144 saylı məktəbin akt zalında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 9-cu mikrorayon  sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 225 nəfər rayon sakini iştirak edirdi.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
  Mikrorayon sakinlərindən Azər Bağırov, Sevda Quliyeva, Ziya Süleymanov, Hidayət Namazov, Dilqəm Məmmədov və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
  Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər