Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 11-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb

24 oktyabr 2017 | 11:00
24 oktyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirildi.
Görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə  tanış oldular və onlara ətraflı məlumat verildi.
Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər