Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrin “İctimai-humanitar” sektorları ilə növbəti görüş keçirildi

23 oktyabr 2017 | 11:00
23 oktyabr tarixində Bələdiyyələrin “İctimai-humanitar” sektorlarının rəhbərləri ilə növbəti görüş  keçirildi.
Keçirilən görüşdə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, müdir müavini Şəmsi Gülverdiyev, şöbənin baş məsləhətçisi Leyla Kərimova və bələdiyyələrin İctimai-humanitar sektorlarının rəhbərləri iştirak etdilər.
İlk öncə iclası açıq elan edən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın davam etdiyini bildirdi. Natiq  həmçinin İctimai-humanitar sektorların fəaliyyətinin genişləndirilməsi məsələsinə də toxunaraq  həyata keçirilən layihələr barəsində də məlumat verdi. Ümumillikdə, keçirilən görüşdə rayonda son illər ərzində görülən işlər, keçirilən tədbirlər, İctimai-humanitar sektorun fəaliyyət spektrinin genişləndirilməsi, dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı. Görüş zamanı sosial şəbəkələrdə işin təkmilləşdirilməsi məsələsi də müzakirə edildi.
Daha sonra İctimai-humanitar sektorların rəhbərlərinin hesabatları dinlənildi və tapşırıqlar verildi.
 
Keçidlər