Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə Rayon İcra Hakimiyyətində işgüzar görüş keçirildi

23 oktyabr 2017 | 11:00
2017-ci il oktyabr 23-də Binəqədi Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən bələdiyyələrlə növbəti işgüzar görüş keçirildi.
Görüşdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və şöbə müdirləri iştirak etdilər.
Görüşdə bələdiyyələrin mövcud maliyyə durumu,  bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, mövcud  olan çətinliklər, problemlər, vətəndaşların qəbulu və vətəndaşların müraciətlərinə baxılması, bələdiyyələrin balansında olan texnikalarının mövcud vəziyyəti, məişət tullantılarının yığışdırlması vəziyyəti, İctimai-humanitar sektorların fəaliyyəti, bələdiyyə sədrləri tərəfindən səyyar görüşlərin təşkili, keçirilməsi və digər məsələlər haqqında  bələdiyyə sədrlərinin, bələdiyyələrin şöbə müdirlərinin məlumatları  dinlənildi.
Sonra görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilərək bildirildi ki, 4 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən görüşdən sonra bələdiyyələr tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir.
Bununla belə qeyd edildi ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir.
İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması, Ümumrayon yaşıllaşdırma marafonu ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə təklif və tövsiyələr səsləndirildi, növbəti aylar üçün fəaliyyət istiqamətləri və hədəflər müəyyənləşdirildi.
 
Keçidlər