Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Breyn-ring” intellektual oyununun qalibləri ilə görüş keçirildi

23 oktyabr 2017 | 11:00
23 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Breyn-ring” intellektual oyununda birinci yerə layiq görülmüş  283 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə  səmimi görüş keçirildi. 
Qalibləri təbrik edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov,  Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə olan qayğıdan söhbət açaraq onları xatirə hədiyyələri ilə mükafatlandırdılar.
 
Keçidlər