Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Narkomaniya ilə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

19 oktyabr 2017 | 11:00
19 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti,  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniya ilə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova gənc nəsil arasında narkomaniyaya qarşı mübarizənin artırılması və narkomaniyanın yaratdığı fəsadlar haqqında məktəbliləri məlumatlandıraraq, onları müsabiqənin əsasnaməsi ilə tanış etdi. 
Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılan inşa yazı işləri Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılmışdır.
Müsabiqənin nəticəsinə görə 314 №-li tam orta məktəbin X sinif şagirdi Səbinə Nəsibli birinci yerə,  300 №-li tam orta məktəbin X sinif şagirdi Aysun Alıyeva ikinci yerə, 135 №-li tam orta məktəbin X sinif şagirdi Ayşə Mahmudlu üçüncü yerə layiq görüldülər.
 
Keçidlər