Binəqədi şosesində işlər sürətlə davam etdirilir
26 oktyabr 2017 | 11:00
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər intensiv yağıntılar zamanı yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında aparılır. Belə yollardan biri Binəqədi şosesidir.
Belə ki, Binəqədi şosesində yağış sularının ötürülməsi məqsədilə zəruri tədbirlərin görülməsi işləri daha da intensiv xarakter almışdır. 2017-cı ilin hesabat dövrü ərzində 1-ci mədən, 42-43-cü korpusda açıq kanal ləğv edilərək L=280 p/m D=1200 mm kanalizasiya xətti boru ilə əvəz edilmiş, Binəqədi şosesində intensiv yağan yağışlar zamanı yığılan suları kənarlaşdırmaq üçün L=1300 p/m D=1000 mm, L=1050 p/m D=600 mm, L=500 p/m D=400 mm, Polad Tökmə Zavodunun qarşısında L=600 p/m D=300 mm yeni xətt çəkilmişdir. Binəqədi şossesi Böyük Şor gölü istiqamətində L=1600 metr açıq kanal qazılmış, Xudafərin küçəsində mövcud L=640 metr açıq kanal təmizlənərək istifadəyə verilmişdir. Binəqədi şossesi “Azpetrol” Yanacaq Doldurma Məntəqəsinin qarşısında mövcud D=1000 mm yeraltı yağış xətti L=60 p/m uzunluğunda D=1200 mm boru ilə əvəz edilmişdir. 4-cü Qapı istiqamətində L=900 metr açıq kanal təmizlənmiş, 2-ci Mədən 170-ci korpus ərazisində L=350 p/m D=300 mm kanalizasiya xəttinin çəkilişinə başlanılmışdır. Binəqədi şosesi boyu L=2540 p/m D=110÷280 mm yeni su xətti çəkilmişdir.
Hal-hazırda bu işlər aidiyyəti qurumlarla bərabər Rayon İcra Hakimiyyətinin nəzarəti altında davam etdirilir.