Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə Respublika günü qeyd edildi

25 may 2013 | 10:00

2013-cü il mayın 24-də “Hollywood” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə 28 may – Respublika gününə həsr edilmiş tədbir keçirildi.
     İlk öncə tədbirin aparıcısı qonaqları salamlayaraq 28 may tarixinin xalqımızın parlaq və şərəfli dövlətçilik tarixində mühüm yer tutduğunu və bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirdi.
     Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov tədbir iştirakçılarını 28 may - Respublika günü münasibətilə təbrik edərək cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
     Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan elan etsə də, bu, əslində formal xarakter daşımışdır. Azərbaycanın  1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illəri çətin keçdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və ozbaşınalıq ölkəmiz üçün böyük təhlükə idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, respublikada sabitlik yarandı, inkişaf dövrü başladı, dövlətçiliyimizin əsasları formalaşdırıldı və ümumi inkişaf strategiyası müəyyənləşdirildi. İlk milli Konstitusiya qəbul olundu, Milli Məclisə ilk seçkilər keçirildi, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.
     Sonra çıxış edən Tarix elmləri doktoru, professor Anar İsgəndərov Xalq Cümhuriyyətinin tarixinə nəzər salaraq 1993-2003-cü illərdə ölkəmiz böyük uğurlu yolun keçdiyini və bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəndiyini, Azərbaycanın inkişaf tempinə görə dünyada lider ölkə olduğunu vurğuladı.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görüldüyü qeyd edildi.
     Tədbirin bədii hissə ilə davam etdirildi.
     Əməkdar artist Tünzalə, Lalə Məmmədova, Ayaz Qasımov, Babək Niftəliyev və digərləri öz çıxışları ilə tədbirə rəngarənglik qatdılar.

Keçidlər