Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi
27 oktyabr 2017 | 11:00
27 oktyabr tarixində Binəqədi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Bakı Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Elnur Qasımov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və rayonun idarə-müəssisələrin rəhbərləri və təsərrüfat işləri üzrə müavinləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Sonra Bakı Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Elnur Qasımov fövqalədə hallar zamanı qorumaq haqqında geniş məruzə ilə çıxış etdi.
Daha sonra tədbir FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Elçin Həşimov “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə hissəsinin bölmə rəisi Tahir Xasıyev “Yanğınların söndürülməsi prossesində qarşıya çıxan problemlər və onların həlli yolları”, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin baş mühəndisinin müavini Səməd Hüseynov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər”, 17 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimin müavini Yeganə Məmmədova “Yanğın zamanı ilkin tibbi yardım” (2016-2017-ci illər üzrə statistik məlumatlar) mövzularında çıxışlar etdilər.
Daha sonra “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balonlardan istifadə qaydaları” adlı videoçarxlar nümayiş edildi.