Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Mərkəzi Mədəniyyət evində “Yeni Azərbaycan Partiyası Azərbaycanın işıqlı gələcəyidir” adlı tədbir keçirildi

24 oktyabr 2017 | 11:00
24 oktyabr 2017-ci il tarixində Binəqədi Mərkəzi Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi qəsəbə bələdiyyəsi, Binəqədi Mərkəzi Mədəniyyət evi, 179, 182 və 205 saylı tam orta məktəblərin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycanın işıqlı gələcəyidir” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Yeni Azərbaycan Partiyasının və Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa xronometrajlı film təqdim edildi.
Sonra ədəbi-bədii kompozisiya təqdim edildi. Şagirdlərin ifasında müxtəlif şeir və mahnı kompazisiyaları nümayiş etdirildi.
Bədii proqram başa çatdıqdan sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisədir və partiyanın yaradılması Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi yaratdı. Müstəqilliyimizin ilk dövrlərini yada salan natiq o zamankı mövcud ağır siyasi vəziyyətə toxundu və qeyd etdi ki, belə bir ağır şəraitdə xalqın ziyalıları Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının təsis edilməsinə nail oldular. Müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası tezliklə xalqın inamını qazanaraq ümumxalq partiyasına çevrildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva ilk öncə Partiyanın yaranmasının 25 illiyi münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi. Natiq qeyd etdi ki, Azərbaycan xalqı bugünkü uğurlarımızın hamısına görə - buraya siyasi-diplopmatik, sosial-iqtisadi , elmi-texniki və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid olan uğurlar daxildir - Heydər Əliyev siyasi dühasına və ulu öndərin əsərlərindən biri kimi qiymətləndirilənYeni Azərbaycan Partiyasına minnətdardır.Azərbaycan xalqının bu partiyaya olan inam və ehtiramı gündən-günə artır. Prezident İlham Əliyev bu siyasi təşkilatın gələcəyinə daha böyük ümidlərlə baxır və regionun ən böyük siyasi təşkilatı olan partiyamızın öz fəaliyyətini daha uğurla aparmasını arzulayır: "Cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 25 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla!... Biz öz işimizi möhkəm tarixi və ideoloji əsaslar üzərində qurmalıyıq". Biz əminik ki, Azərbaycan xalqının bütün arzuları kimi bu istək də həyatımızın reallıqları sırasında olacaqdır.
Tədbirdə rəsm müsabiqəsi, bədii qiraət və inşa müsabiqələrində fərqlənən şagirdlər təltif edildi.
Sonda tədbir Azərbaycanın səsi müsabiqəsinin laureatı Tural Mehrinin ifası ilə başa çatdı.

 

Keçidlər