Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhadət” filminin təqdimatı ilə əlaqədar tədbir təşkil olundu

27 oktyabr 2017 | 11:00

27 noyabr tarixində Binəqədi rayon 276 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhadət” filminin təqdimatı keçirildi
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Binəqədi rayon şöbəsinin rəhbəri Samir Yoldaşov və rayon ərazisində fəaliyyət göstərən 3, 102 və 276 saylı orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayıb, tədbirin keçirilmə məqsədi və zəruriliyi barədə danışdı.
Daha sonra çıxış edən şöbə müdiri Elman Dadaşov din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələri pisləyərək, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğunu iştirakçıların diqqətinə çatdırdı. DQİDK-nin rayon şöbəsinin rəhbəri Samir Yoldaşov öz növbəsində əsl islami dəyərlərə görə islamın sülh, sevgi dini olduğunu bildirdi.
Çıxışlar bitdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” filmi nümayiş etdirildi.
Daha əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filmi bir neçə məktəblərdə nümayiş etdirilmiş və qarşıdakı həftələrdə “Şəhadət” filminin digər məktəblərdə nümayişi nəzərdə tutulur.

 

Keçidlər