Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yeni pilot layihəsinin icrasına başlanılır

31 oktyabr 2017 | 11:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” olaraq 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır.
Qeyd olunanları nəzərə alaraq, “MAHAL” MTK Binəqədi Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxanada yaşayan sakinlərə “MAHAL” MTK-nın hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə sökülməsini və həmin yataqxananın yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir.
Sizlərə təqdim etdiyimiz fotolar başlanacaq işlərin və pilot layihənin eskizlərindən olan fotolardır.
İşlərin sürətlə və yüksək standartlara uyğun davam etdirilməsi nəzərdə tutulmuşdur. Bir sözlə, yaxın gələcəkdə bu ünvan arzularınıza uyğun müasir məkan olacaq.
 
 
 
 
 
 
Keçidlər