Şriftin ölçüsü :

Saytın rəngi :

ASAN könüllüləri Binəqədi Gənclər Evində oldular

30 oktyabr 2017 | 11:00
30 oktyabr tarixində ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 11-ci qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirildi.
Keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, şöbənin baş məsləhətçisi Leyla Kərimova və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
Könüllülər ilk öncə Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış oldular və onlara Gənclər Evi haqqında geniş məlumat verildi.
Daha sonra Gənclər Evində ASAN könüllüləri ilə görüş keçirildi.
Görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə bağlı təqdimat edərək həyata keçirilən layihələr haqqında geniş məlumat verdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, aparılan abadlıq-quruculuq işləri, o cümlədən həyata keçirilən layihələr, tədbrilər haqqında geniş məlumat verdi.
Daha sonra şöbənin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi “facebook” səhifəsinin təqdimatını edərək sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında geniş məlumat verdi.
Təqdimatlardan sonra ASAN könüllüləri ilə görüş çay süfrəsi ətrafında davam etdi.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər