Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş keçirildi

28 oktyabr 2017 | 11:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə 28 oktyabr 2017-ci il tarixində Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev 7 “a” küçəsində yerləşən Binəqədi bələdiyyəsinin 2 saylı “Kütləvi tədbirlər evi”ndə 7-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 1 nömrəli SİƏD-in məsləhətçisi (mühəndis) Orxan Əlixanlı, Binəqədi bələdiyyəsi İctimai-humanitar sektorunun müdiri Kənan Qılıncxanov və gənclər iştirak etdilər.
Görüş zamanı gənclərə ölkədə, o cümlədən Binəqədi rayonunda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, rayonda aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verildi, gənclərin fikirləri dinlənildi.
Gənclər məhəllələrdə idman qurğularının quraşdırılması, futbol yarışlarının təşkili, məşğulluq məsələri ilə bağlı fikirlərini səsləndirdilər. İrəli sürülmüş təkliflər icra edilməsi üçün qeydiyyata alındı, gələcəkdə belə görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

Keçidlər