Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının VIII Konfransı keçirildi
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Nəbi Xəlilov açaraq partiyanın keçdiyi tarixi yol haqqında söhbət açdı. Ölkəmizin bugünki inkişafında partiyanın gördüyü böyük işlərin əhəmiyyəti vurğuladı.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün də öz bəhrəsini verdiyini, onun cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyini xüsusi vurğuladı. Əsası Ulu Öndər tərəfindən qoyulmuş strategiyanın bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin partiyanın yaratmaq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verdi. Çətin tarixi dövrdə əsası qoyulan partiyanın bugün əldə etdiyi uğurları yüksək qiymətləndirildi.
Tədbir ərzində Yeni Azərbaycan Partiyasının V qurultayına 13 nəfər nümayəndə seçildi və partiya üzvülüyünə yeni qəbul olunan şəxslərə partiya vəsiqələri təqdim edildi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev cənablarına müraciət oxunuldu.
|
|
|
|
|
|
|
|