Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində“Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə çərçivəsində seminar keçirildi

31 oktyabr 2017 | 11:00
31 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə çərçivəsində gənclərin iştirakı ilə seminar keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Qarabağ və digər itirilmiş tarixi torpaqlarımız haqqında elektron vasitələrlə təbliğatın əhəmiyyətindən danışdı. Layihənin rəhbəri “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd etdi ki, layihənin məqsədi işğal altında olan torpaqlarımızda qalan maddi-mədəni irsin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların gənclər arasında təbliği və virtual məkanda bu mövzuda təbliğat işinə gənclərin qoşulmasına nail olmaqdır.
Seminarda Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri Faiq İsmayılov tərəfindən Ermənistanın işğalı nəticəsində Qarabağın maddi-mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında məlumatlar verildi, müzakirələr aparıldı.
Tədbirin gedişatında “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi, layihə iştirakçılarına müxtəlif çap məhsulları paylanıldı.

Keçidlər