Şriftin ölçüsü :

Saytın rəngi :

284 saylı tam orta məktəbdə “Şəhadət” filminin növbəti təqdimatı oldu

02 noyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 2 noyabr tarixində Binəqədi rayon 284 saylı orta məktəbdə “Şəhadət” filminin növbəti təqdimatı keçirildi.
Təqdimatda Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri şöbəsinin əməkdaşı Samir Yoldaşov və rayon ərazisində fəaliyyət göstərən 284, 297, 298, 299, 300 və 301 saylı orta məktəblərin müvafiq müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 284 nömrəli məktəbin direktoru Nizami Novruzov qonaqları salamlayaraq, tədbirin keçirilmə məqsədi və zəruriliyi barədə danışdı.
Daha sonra çıxış edən şöbə müdirinin müavini Şəmsi Gülverdiyev radikalizmlə mübarizədə gənclərin rolu mövzusunda çıxış edərək təqdim olunan filmin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon şöbəsinin rəhbəri Samir Yoldaşov öz növbəsində dini ekstremizmlə mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verdi və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Çıxışlar bitdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” filmi nümayiş etdirildi.
Qeyd edək ki, daha əvvəl “Şəhadət” filmi ilə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filmi bir neçə məktəblərdə nümayiş etdirildi və qarşıdakı həftələrdə “Şəhadət” filminin digər məktəblərdə nümayişi nəzərdə tutulur.
 
Keçidlər