Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi rayonunun 153 saylı körpələr evi-uşaq bağçasında növbəti ağacəkmə aksiyası keçirildi

03 noyabr 2017 | 11:00
3 noyabr tarixində Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və 153 saylı körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Elnur Məmmədov və Nigar Aslanova, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, 153 saylı körpələr evi-uşaq bağçasının müəllim və uşaq kollektivi iştirak etdilər.
Binəqədi rayonu 153 saylı körpələr evi-uşaq bağçasının ərazisində gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Aksiya zamanı ümumilikdə 200-dən çox sarmaşıq və gül əkildi.
 
 
 
 
 
Keçidlər