Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun 3 saylı uşaq dəri-zöhrəvi dispanserində növbəti ağacəkmə aksiyası keçirildi

04 noyabr 2017 | 11:00
4 noyabr tarixində Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin  kollektivi iştirak etdilər.
Binəqədi rayonu 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin ərazisində gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Aksiya zamanı ümumilikdə 200-dən çox sarmaşıq və gül əkildi.
 
 
 
 
 
Keçidlər