Şriftin ölçüsü :

Saytın rəngi :

1 nömrəli SİƏD üzrə nümayəndəliyin və Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

04 noyabr 2017 | 11:00
Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyin və Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Asəf Vəliyev, 1 nömrəli SİƏD üzrə nümayəndə Dilbər Şükürova, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi MKTB-nin rəisi Azər Məmmədov, 8 saylı DSK-nın sədri Natiq Əliyev, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru İlqar Paşazadə və qurumların kollektivləri iştirak etdilər.
8-ci mikrorayon ərazisində gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi və aksiya zamanı ümumilikdə 100-dən çox sarmaşıq və gül əkildi.
Aksiya çay süfrəsi arxasında səmimi söhbətlə yekunlaşdı.
 
 
 
 
 
 
Keçidlər