Şriftin ölçüsü :

Saytın rəngi :

“Relt House” MMC pilot layihəsi çərçivəsində işlər davam etdirilir

08 noyabr 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən yararsız və qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikintisi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Binəqədi rayonu ərazisində işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2016-cı il tarixli 17 saylı Sərəncamı ilə təsdiq edilmiş “Pilot layihə” çərçivəsində “RELT HOUSE” MMC tərəfindən ilkin mərhələdə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2016-cı il tarixli 18 saylı Sərəncamı imzalanmışdır. Sərəncama əsasən qeyd olunan ünvanda podratçı təşkilat “RELT HOUSE” MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməsi və köçürülməsi təmin olunmaqla hər biri 3 mərtəbəli 3 binanın, o cümlədən Azadlıq prospekti 5-də 18 mənzilli, Azadlıq prospekti 7-də 24 mənzilli, Azadlıq prospekti 9-da 18 mənzilli, ümumi yaşayış sahəsi 4048 m2 olan 62 ədəd mənzilin sökülərək yerində müvafiq olaraq Azadlıq prospekti 5-də 16 mərtəbəli 284 mənzilli, Azadlıq prospekti 7-də 18 mərtəbəli 279 mənzilli, Azadlıq prospekti 9-da 17 mərtəbəli 91 mənzilli, ümumi yaşayış sahəsi 51811 m2 olan 654 mənzilli müasir tələblərə cavab verən yeni 7 bloklu yaşayış binalarının tikintisi həyata keçiriləcəkdir. Bununla bağlı “RELT HOUSE” MMC tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işləri başa çatdırılmışdır.  
Tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq bildiririk ki, sahədə müvəqqəti ofis binası inşa edilmişdir. Tikinti ərazisi müvəqqəti kommunikasiya xətləri ilə, yəni, elektrik, su və kanalizasiya xətləri ilə təmin edilmişdir. İnşa edilən 1 nömrəli binada pəncərə və qapıların quraşdırılması işləri yekunlaşdırılmışdır. 2-ci mərtəbədəki qeyr-yaşayış sahəsinin arakəsmələrində hörgü işləri aparılır. Damda metal konstruksiyadan ibarət quraşdırma işləri davam etdirilir. Söküləcək Azadlıq prospekti 5 nömərəli bina aralarında temperatur tikişləri olmaq şərti ilə 3 hissədən ibarətdir. 1-ci, 2-ci və 3-cü hissə tam sökülüb inşaat tullantıları daşınmışdır. İnşa ediləcək 2-ci binanın 15-ci mərtəbə səviyyəsində dəmir-betonlama işləri tam yekunlaşdırılmışdır. 13-cü mərtəbədə arakəsmələrdə hörgü işləri başa çatdırılmışdır.  1-ci mərtəbədəki qeyr-yaşayış sahəsinin arakəsmələrində hörgü işləri yekunlaşır. 3-cü binada bünövrə çalasında qazıntı işləri başa çatdırılmışdır. Bünövrədə suvaylar vurulur və armaturlanma metonlanma işlərinə başlanılmışdır. Eyni samanda ilkin layihədə mövcud olmayan aşkar edilmiş kommunikasiya xətlərinin yeri dəyişdirilmişdir. 1-ci və 2-ci binalarda eyvan və lociyalarada hörgü və armaturlanma işləri aparılır.
İşlərin sürətlə və yüksək standartlara uyğun davam etdirilməsi nəzərdə tutulmuşdur. Bir sözlə, yaxın gələcəkdə bu ünvan arzularınıza uyğun müasir məkan olacaq!

 

Keçidlər