Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməciliklər və ağacəkmə aksiyaları keçirilib

08 noyabr 2017 | 11:00
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməciliklər və ağacəkmə aksiyaları keçirilib.
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon ərazisində davam etdirilir. Belə ki, Binəqədi rayonu, 7, 8, 9-cu mikrorayonlarda, Binəqədi-Novxanı yolunda, 28 may qəsəbə ərazisində, Rəsulzadə, Biləcəri qəsəbələrində sarmaşıq, gül, bəzək kolları və ağaclar əkilib.
Aksiya iştirakçılarına “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən iməcilik haqqında məlumat verildi və bildirildi ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirilir.
Aksiya zamanı ümumilikdə 2000-dən çox sarmaşıq, gül və ağac əkildi.
 
 
 
Keçidlər